Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb

Şamaxıda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb
# 21 fevral 2021 16:20 (UTC +04:00)

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Şamaxı rayonunun Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Şamaxı-Dəmirçi yolunda hərəkətdə olan 90-ZO-526 dövlət nömrə nişanlı "Honda" markalı minik avtomobili yolun buz bağlaması səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Məmmədli Fəridə Zahir qızı, 1992-ci il təvəllüdlü Məmmədzadə Araz Fərhad oğlu, 1991-ci il təvəllüdlü Məmmədzadə Nisə Afər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR