Şirvanda 17 yaşlı oğlan tərəfindən döyülən 55 yaşlı kişi xəstəxanada ölüb

Şirvanda 17 yaşlı  oğlan tərəfindən döyülən 55 yaşlı kişi xəstəxanada ölüb
  • Clock-gray 11:38
  • calendar-gray 27 Oktyabr 2020

Şirvanda döyülən şəxs xəstəxanada ölüb.        

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 7-də baş verib.

Şirvan şəhər sakini, 2003-cü il təvəllüdlü Mehrabov Oruc Bəxtiyar oğlu mübahisə zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Malyamov Qriqoriy Nikolayeviçi itələyərək yıxıb. Yıxılaraq başının daşa dəyən Qriqoriy Malyamov kəllə-beyin travması alıb.

Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 55 yaşlı kişi aldığı xəsarətlərdən ötən gün ölüb.

Faktla bağlı Şirvan Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər