Şirvanda zavoddan 20 min manatlıq oğurluq olub

Şirvanda zavoddan 20 min manatlıq oğurluq olub
# 28 dekabr 2019 13:48 (UTC +04:00)

Şirvanda 20 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyiniin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 1-dən dekabrın 26-dək olan müddətdə şəhər ərazisindəki zavoddan 2860 manat dəyərində mis boru, 16.000 manat dəyərində istehsalat avadanlıqları və 580 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən İ.Əmənov, S.Ağayev, T.Yusifov, M.Zeynalov, O.Mütəllimov və L.Zeynalov saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR