Siyəzəndə yük maşını aşıb, sürücü ölüb

Siyəzəndə yük maşını aşıb, sürücü ölüb
  • Clock-gray 15:21
  • calendar-gray 15 Sentyabr 2020

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vəli Turan

Digər xəbərlər