Şəkidə 63 yaşlı kişi dəm qazından zəhərlənib

Şəkidə 63 yaşlı kişi dəm qazından zəhərlənib
# 06 yanvar 2020 11:35 (UTC +04:00)

Şəkidə dəm qazından zəhərlənmə qeydə alınıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Kiş kənd sakini, 1957-ci il təvəllüdlü Bayram Əsgər oğlu Xəlilov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı B. Xəlilovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub.

B. Xəlilovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR