Şəkidə fərdi yaşayış evində yanğın olub

Şəkidə fərdi yaşayış evində yanğın olub
# 03 mart 2021 23:46 (UTC +04:00)

Saat 22 radələrində Şəkinin Kiş kəndində, kənd sakini Zivər Şövkət qızı Xasməmmədovaya məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin zirzəmisində 5 kv/m sahədə olan taxta tullantıları, bir otağın döşəməsinin 3 kv/m-lik sahəsi və bir yataq dəsti yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR