Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək öldürüb - YENİLƏNİB

Şəmkirdə 17 yaşlı gənc özünü güllələyərək öldürüb - YENİLƏNİB
# 21 mart 2021 10:31 (UTC +04:00)

Şəmkirdə baş verən intiharın təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Vüqar Əhmədov Şəmkir rayonunun Ceyrançöl ərazisində çoban işlədiyi fermada ov tüfəngi ilə ürək nahiyəsinə atəş açaraq intihar edib.

Hadisənin ilkin səbəbi kimi V. Əhmədovun psixoloji problemlərinin olması göstərilir.

***

saat 08.54

Şəmkirdə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun güllə yarasından öldüyü ehtimal edilən meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR