Şəmkirdə baş vermiş avtoqəzada 4 nəfər xəsarət alıb

Şəmkirdə baş vermiş avtoqəzada 4 nəfər xəsarət alıb
# 26 may 2020 20:38 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını ilə "QAZel" markalı yük maşını toqquşub. Qəza nəticəsində 25 yaşlı Nigar Abbasova, onun qardaşı Əli Abbasov və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR