Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var
# 09 dekabr 2020 10:25 (UTC +04:00)

Şəmkirdə evdə qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Morul kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Cavanşirli Şəhruz Elman oğlu ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazimi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həmin şəxs evdə qazın partlaması nəticəsində ağır yanıq xəsarəti alıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR