Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var
  • Clock-gray 12:02
  • calendar-gray 26 Noyabr 2020

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi “Mercedes” və Mais Hüseynovun idarə etdiyi “QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər