Şəmkirdə müştəri taksi sürücüsünə küt alətlə xəsarət yetirib

Şəmkirdə müştəri taksi sürücüsünə küt alətlə xəsarət yetirib
# 27 may 2020 12:47 (UTC +04:00)

Şəmkirdə müştəri taksi sürücüsünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P. Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S. Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR