Sumqayıtda 47 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sumqayıtda 47 yaşlı kişini cərəyan vuraraq öldürüb
  • Clock-gray 18:34
  • calendar-gray 19 Dekabr 2019

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivindəki fərdi evlərdən birində qeydə alınıb. Belə ki, öz həyətində təmir işləri aparan şəhər sakini, 1972-ci il təvəllüdlü Fərmanov Qaçay Qulam oğlunu elektrik cərəyanı vurub. Təcilli xəstəxanaya çatdırılan Q.Fərmanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date