Sumqayıtda maşın 85 yaşlı kişini vuraraq öldürüb

Sumqayıtda maşın 85 yaşlı kişini vuraraq öldürüb
# 19 fevral 2021 22:40 (UTC +04:00)

Sumqayıtda 85 yaşlı kişini maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“Chevrolet” markalı avtomobil yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Quliyev İsrafil Qara oğlunu vuraraq öldürüb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR