Sumqayıtda silsilə oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda silsilə oğurluq edən şəxs saxlanılıb
# 10 oktyabr 2020 12:52 (UTC +04:00)

Silsilə oğurluqla məşğul olan Sumqayıt şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən aptek, kredit təşkilatı və çayxanadan ümumilikdə 1090 manat pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR