Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib - FOTO
# 11 dekabr 2020 22:57 (UTC +04:00)

Sumqayıt şəhərin Koroğlu prospektində zəncirvari qəza qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, “Hyundai Elantra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini qarşıda hərəkətdə olan 9 nömrəli marşrut avtobusa çırpıb.

Avtobus zərbənin gücündən “Daewoo Espero” markalı avtomobilə dəyib.

Qəza nəticəsində “Hyundai Elantra” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR