Tovuzda itkin düşən 10 yaşlı qızın yanmış meyiti tapılıb - FOTO

Tovuzda itkin düşən 10 yaşlı qızın yanmış meyiti tapılıb - FOTO
# 06 yanvar 2020 21:02 (UTC +04:00)

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR