Tovuzda qətl törədilib - YENİLƏNİB

Tovuzda qətl törədilib - YENİLƏNİB
# 08 fevral 2021 09:57 (UTC +04:00)

Fevralın 8-də saat 01 radələrində Tovuz rayonu ərazisində 1984-cü il təvəllüdlü İlqar Məmmədova məxsus üzərində xəsarət izləri olan meyitin Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə,cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1990-cı il təvəllüdlü Elvin Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

09:45

Tovuzda qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində fermada qeydə alınıb.

Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elvin Şubat oğlu Gədəbəy rayon sakini, 1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğunu ürək nahiyəsindən bıçaqla vurub. Sonuncu aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR