Tovuzda yaşayış evi yanıb

Tovuzda yaşayış evi yanıb
# 12 mart 2021 22:14 (UTC +04:00)

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə qəfildən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsi səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR