Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 03 yanvar 2021 18:20 (UTC +04:00)

Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Ə.Əlilinin və Bərdə rayon sakini F.Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Ə.Əlili aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini və digər sürücü xəstəxanaya yerləşdirilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR