Ucarda piyadanı maşın vuraraq öldürüb - FOTO

Ucarda piyadanı maşın vuraraq öldürüb - FOTO
# 05 noyabr 2020 21:24 (UTC +04:00)

Bakı-Qazax magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

APA -nin yerli bürosunun xəbərinə görə, Yevlax rayon sakini, 1983-cü il təvəllüdlü Cəlal Elbrus oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı minik maşını ilə yolu keçmək istəyən piyada, Kürdəmir rayonunda məskunlaşmış məcburi köçkün, 1995-ci il təvəllüdlü Seymur Söhbət oğlu Mehdiyevi vurub.

S.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR