Yardımlıda narkobaronu və oğlunu güllələyən şəxs axtarılır

Yardımlıda narkobaronu və oğlunu güllələyən şəxs axtarılır
# 27 fevral 2020 17:33 (UTC +04:00)

Yardımlıda narkobaronu öldürən şəxs axtarılır.

APA-nın məlumatına görə, Yardımlıda “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimovu və oğlu Niyaməddin Kərimovu güllələyən şəxs hələ tutulmayıb.

İlkin məlumata görə, hadisə qohumlar arasında yaranmış mübahisə zəminində baş verib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə bu gün Yardımlı rayonu, Eçara kəndində baş verib. Masallı sakinləri - Masallı rayon sakinləri - Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğlu güllələnərək öldürülüblər.

Onu da əlavə edək ki, qətlə yetirilən Ş. Kərimov kriminal aləmdə "Baron Şəmi" ləqəbi ilə tanınan narkobarondur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR