Yaşadığı evin həyətyanı sahəsində narkotik becərən Balakən sakini saxlanılıb

Yaşadığı evin həyətyanı sahəsində narkotik becərən Balakən sakini saxlanılıb
  • Clock-gray 09:49
  • calendar-gray 03 İyun 2020

Yaşadığı evin həyətyanı sahəsində narkotik becərən Balakən sakini saxlanılıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Keçirilmiş  əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkilərinin əkildiyi sahədə  xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi hündürlüyü 40 sm-dən 150 sm-ə qədər olmaqla,  ümumi sayı 37 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilərək maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Digər xəbərlər