Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var

Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var
# 28 dekabr 2020 02:39 (UTC +04:00)

Balakən-Xaldan avtomobil yolunun Yevlaxın Xanabad kəndi yaxınlığından keçən hissəsində Yevlax-Oğuz-Şəki yol dairəsi ətrafında yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2103” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Qəza nəticəsində maşında olan və müxtəlif bədən xəsarətləri alan Göyçay sakinləri -1999-cu il təvəllüdlü Cəbrayılov Cavid Ağahüseyn oğlu və 1987-ci il təvəllüdlü Sultanov Tural Nail oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR