Yevlax sakini arvadını baltalayıb - YENİLƏNİB

Yevlax sakini arvadını baltalayıb - YENİLƏNİB
# 13 yanvar 2021 12:00 (UTC +04:00)

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

***

11:36

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR