Yevlaxda avtoqəza zamanı 2 nəfər xəsarət alıb

Yevlaxda avtoqəza zamanı 2 nəfər xəsarət alıb
# 21 fevral 2020 09:03 (UTC +04:00)

Yevlaxda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cırdaxanı kəndi istiqamətində baş verib.

"VAZ 2107" və "Audi" markalı minik maşınlarının toqquşması nəticəsində sürücü və azyaşlı sərnişin xəsarət alıb. Yaralılar - 1992-ci il təvəllüdlü Şükürzadə Amil Rəsul oğlu və 2009-cu il təvəllüdlü Cəfəri Dəniz İlqar qızı Yevlax şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR