Yevlaxda maşın piyadanı vuraraq öldürüb

Yevlaxda maşın piyadanı vuraraq öldürüb
# 09 fevral 2021 23:31 (UTC +04:00)

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax şəhəri “Turist” mehmanxanasının yaxınlığında baş verib.

“Mercedes” markalı minik maşını 1997-ci il təvəllüdlü Kəlbəcər sakini Şəhriyar Ramiz oğlu Hüseynovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR