Yevlaxda yük maşını minik maşını ilə toqquşub, xəsarət alan var

Yevlaxda yük maşını minik maşını ilə toqquşub, xəsarət alan var
# 04 fevral 2020 20:45 (UTC +04:00)

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax şəhərindən keçən hissəsində baş verib.

"Opel" markalı avtomobil "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Opel"in sürücüsü Xəlilov Vüsal Akif oğlu ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR