Zaqatalada itkin düşən məktəbli tapılıb - FOTO - YENİLƏNİB

Zaqatalada itkin düşən məktəbli tapılıb - FOTO - YENİLƏNİB
# 25 fevral 2020 20:00 (UTC +04:00)

Zaqatalada itkin düşən məktəbli tapılıb.

Bu barədə APA-ya itkin düşən məktəblinin atası Fazil Qudiyev məlumat verib.

Onun sözlərinə görə, 13 yaşlı Rəcəb Qudiyev bu gün axşam saatlarında tapılıb.

***

saat 16:58

Zaqatalada 8-ci sinif şagirdi itkin düşüb.

APA-nın məlumatına görə, hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 13 yaşlı Rəcəb Fazil oğlu Qudiyev ötən gün yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

R.Qudiyev Göyəm kənd orta məktəbinin 8-ci sinfində oxuyur.

Onu görənlərdən (051) 330 75 69, (051) 571 84 25, (050) 829 89 84 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR