Abşeron və Sabirabadda avtomobillər piyadaları vuraraq öldürüb

Abşeron və Sabirabadda avtomobillər piyadaları vuraraq öldürüb
# 16 may 2022 11:32 (UTC +04:00)

Abşeronda avtomobil piyadanı vurub.

Daxili İşlər İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Mayın 15-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR