Abşeronda hamilə qadın əri tərəfindən bıçaqlanıb - FOTO

Abşeronda hamilə qadın əri tərəfindən bıçaqlanıb - FOTO
# 13 sentyabr 2023 04:08 (UTC +04:00)

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı N. A. yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

N. A.-nın anası APA-ya bildirib ki, qızı iki aylıq hamilə imiş.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR