Almaniyanın qərbində yaşayış binasında yanğın baş verib.
APA “General Anzeiger”ə istinadən xəbər verir ki, yanğın gecə saatlarında binanın birinci mərtəbəsində baş verib, sonra ikinci mərtəbəyə keçib.
Hadisə zamanı 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Məlumata görə, yanğının səbəbi bəlli deyil.
Lamiyə Şirinova