Abşeronda zəncirvari yol qəzasında bir nəfərin qolu sınıb - FOTO

Abşeronda zəncirvari yol qəzasında bir nəfərin qolu sınıb  - FOTO
# 04 noyabr 2022 05:50 (UTC +04:00)

Bakı-Sumqayıt şossesində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb. “Nissan” markalı maşını idarə edən sürücü eyni istiqamətdə gedən “Opel”ə çırpılıb. Zərbənin gücündən “Opel” markalı maşın “Hyundai”a dəyib. Qəza nəticəsində “Nissan”ın sürücüsü ağır xəsarət alıb. O, qol sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR