Adam oğurluğunda ittiham olunan şəxslərə hökm oxunub

Adam oğurluğunda ittiham olunan şəxslərə hökm oxunub
# 24 may 2022 18:11 (UTC +04:00)

Adam oğurluğu və hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Tural İslamov, Nurlan Səfərov və Rövşən İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Tural İslamov 11 il, Nurlan Səfərov 10 il, Rövşən İbrahimov isə 9 il müddətinə azadlıqdan məhrum olunub.

İttiham olunan şəxslər Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR