Bank Of Baku

Ağcabədidə avtomobil divara çırpılıb, iki nəfər ölüb

Ağcabədidə avtomobil divara çırpılıb, iki nəfər ölüb
# 03 aprel 2023 12:41 (UTC +04:00)

Ağcabədidə yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə zamanı həlak olan Emin Məmmədov hərbi qulluqçu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR