Ağcabədidə toyda qətl törədən şəxsə 17 il həbs cəzası verilib

Ağcabədidə toyda qətl törədən şəxsə 17 il həbs cəzası verilib
  • Clock-gray 12:45
  • calendar-gray 14 Oktyabr 2019

Ağcabədidə toy məclisində qətl törətməkdə təqsirləndirilən Qurban Qurbanzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Qurbanzadə 17 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il Ağcabədidə “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib. 1990-cı il təvəllüdlü Qurban Qurbanzadə qonşusu, 1978-ci il təvəllüdlü Zaur Sadıqovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date