Ağcabədi sakinindən odlu silah və narkotik götürülüb

Ağcabədi sakinindən odlu silah və narkotik götürülüb
# 08 noyabr 2019 13:14 (UTC +04:00)

Ağcabədi sakinindən odlu silah və narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR