Ağdam sakini hərbi sursat partlaması nəticəsində ölüb - YENİLƏNİB - VİDEO

Ağdam sakini hərbi sursat partlaması nəticəsində ölüb - YENİLƏNİB  - VİDEO
# 12 may 2022 17:14 (UTC +04:00)

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

16.58

Ağdam sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alan şəxs Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğludur. Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev APA-ya açıqlamasında bildirib ki, R.Bəxtiyarovun əlində hərbi sursat partlayıb. Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR