Bank Of Baku

Ağdaşda iki “KamAz” toqquşub, ölən var

Ağdaşda iki “KamAz” toqquşub, ölən var
# 03 aprel 2023 09:28 (UTC +04:00)

Ağdaşda Ləki qəsəbəsindən keçən yolda gecə saatlarında “KamAz” markalı iki yük avtomobili toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində sürücülərdən biri 1965-ci təvəllüdlü İsmayılov Elçin İsmayıl oğlu ağır bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan sürücü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR