Ağdaş şəhərində diametri 120 mm olan qaz xəttindən sızan məişət qazı və yaxınlıqda ümumi sahəsi 300 m² olan talvarın yanar konstruksiyaları 1 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdaşda qaz xəttində yanğın olub, 1 nəfər yanıq xəsarəti alıb
