Ağstafada motosikletlə minik avtomobilinin toqquşması zamanı xəsarət alanlardan biri ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, qəzada xəsarət alan 1980-ci il təvəllüdlü Rafiq Qurbanov xəstəxanada dünyasını dəyişib.
Qəzada 1977-ci il təvəllüdlü Fikrət Məmmədov və 2001-ci il təvəllüdlü Hamilə Məmmədova xəsarət alıblar.
***
11.31
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Poylu kəndində motosikletlə “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.