Ali Məhkəmə mədəniyyət nazirinin sabiq müavini barədə qərar verib

Rafiq Bayramov

© APA | Rafiq Bayramov

# 29 noyabr 2022 11:57 (UTC +04:00)

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib.

Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR