Astara sakinindən qanunsuz odlu silah götürülüb

Astara sakinindən qanunsuz odlu silah götürülüb
# 14 yanvar 2022 20:09 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Z.Cəfərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Silah aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Astara RPŞ-də müvafiq araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR