Bank Of Baku

Uitkoff: Mayamidə Ukraynanın enerji təhlükəsizliyi və müharibədən sonrakı bərpası müzakirə olunub

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

© APA | ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

# 10 oktyabr 2026 02:52 (UTC +04:00)

ABŞ Mayamidə Ukrayna nümayəndə heyəti və Avropa təmsilçiləri ilə enerji təhlükəsizliyi, təhlükəsizlik zəmanətləri və Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini müzakirə edib.

APA xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, danışıqlarda qış mövsümünə hazırlıq çərçivəsində qısamüddətli tədbirlər, o cümlədən enerji sisteminin dayanıqlığının təmin edilməsi və taxıl ixracı məsələlərinə toxunulub.

Bundan başqa, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi, gələcək münaqişələrin qarşısının alınması məqsədilə Ukrayna və Avropanın uzunmüddətli təhlükəsizliyinin təmin olunması da müzakirə edilib.

Uitkoff bildirib ki, tərəflər Ukraynanın müharibədən sonrakı bərpasına, iqtisadi inkişafına dəstək və ölkənin Avropa İttifaqına üzvlüyü məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

“Fikir mübadiləsi məhsuldar olub və ABŞ ilə Rusiya arasında növbəti təmaslar ərəfəsində əlavə müzakirə tələb edən istiqamətlərin müəyyənləşdirilməsinə kömək edib”, – o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR