Astara sərhəd-keçid məntəqəsində avtomobillərin növbəsi yaranıb

Astara sərhəd-keçid məntəqəsində avtomobillərin növbəsi yaranıb
# 16 yanvar 2023 22:35 (UTC +04:00)

Astara sərhəd-keçid məntəqəsində İran yük maşınlarının sərhəddən keçməsində gecikmələr yaranıb, bu da sərhəddə uzun növbəyə səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Avtomobil Nəqliyyatı Təşkilatının Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti deyib.

Onun sözlərinə görə, problemə Azərbaycanda Yeni il tətili səbəb olub: "Problemin yaxın bir həftə ərzində aradan qaldırılacağı bildirilib”.

Qeyd edək ki, bəzi yük maşınları bir həftədir İran Astarasında sərhədi keçmək üçün növbə gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR