Avropa çempionu olan milli komandanın üzvünə medal verilib - FOTO

Asif Zeynalov və Etibar Mirzəyev

© APA | Asif Zeynalov və Etibar Mirzəyev

# 17 iyun 2022 16:21 (UTC +04:00)

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Slovakiyada keçirilmiş Minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvü, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Asif Zeynalovla görüşüb.

FHN-dən APA-ya verilən xəbərə görə, minifutbol üzrə Azərbaycan milli komandasının üzvünü fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından təbrik edən E.Mirzəyev komandamızın çempion olmasının əhəmiyyətindən və əldə olunan tarixi uğurdan danışıb.

Ölkəmizdə hazırda idmana olan diqqət və qayğıdan bəhs edən nazir müavini Azərbaycanda idmanın inkişafının hələ ulu öndər Heydər Əliyev tərəfindən dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini vurğulayıb. Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan idmançılarının yüksək zirvələr fəth etdiyini, nüfuzlu beynəlxalq yarışlarda böyük qələbələrə imza atdığını xatırladan E.Mirzəyev minifutbol üzrə milli komandamızın bu tarixi uğurunu sözügedən mütərəqqi siyasətin parlaq təzahürü kimi qiymətləndirib.

Sonra nazir müavini Etibar Mirzəyev minifutbol üzrə Avropa çempionu olmuş milli komandamızın üzvü, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Asif Zeynalova fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə verilmiş “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR