Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində axtarış işlərini davam etdirir - FOTO

Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində axtarış işlərini davam etdirir - FOTO
# 08 fevral 2023 12:00 (UTC +04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin zəlzələ bölgəsindəki axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir.

APA-nın zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, FHN-in xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində çökən yeddimərtəbəli binada axtarış işlərini həyata keçirir.

Hazırda FHN-in 50-dən çox canlı qüvvəsi, xüsusi təlim görmüş itləri əraziyə cəlb olunub.

Yerli sakinlərin sözlərinə görə, burada dağıntılar altında 20-dən çox şəxsin qaldığı ehtimal edilir. Onların dağıntıların altından çıxarılması istiqamətində axtarış tədbirləri görülür.

Qeyd edək ki, APA Media Group-un 3 əməkdaşı Türkiyədə təbii fəlakət zonasında çalışır. APA informasiya agentliyinin əməkdaşı Səlcuq Elçin və operatorumuz Fariz Quluyev Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaşımız, APA-nın Türkiyə müxbiri Tural Əsədi isə zəlzələnin ağır təsirlərinə məruz qalmış bölgədədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR