Azyaşlıya spirtli içki verərək görüntüləri sosial şəbəkədə yayan şəxs müəyyən edilib

Azyaşlıya spirtli içki verərək görüntüləri sosial şəbəkədə yayan şəxs müəyyən edilib
# 07 dekabr 2022 15:31 (UTC +04:00)

Azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs müəyyən edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR