Bakı sakinini avtomobil vurub

Bakı sakinini avtomobil vurub
# 02 may 2022 06:13 (UTC +04:00)

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

1979-cu il təvəllüdlü Ülkər Allahverdiyeva yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR