Bank Of Baku

Bakı-Sumqayıt şosesində yol qəzası baş verib - FOTO - VİDEO

Bakı-Sumqayıt şosesində yol qəzası baş verib  - FOTO   - VİDEO
# 07 aprel 2022 01:17 (UTC +04:00)

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində olan hissəsində baş verib.

“Opel” markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Vaz-2106” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ-2106” deformasiyaya uğrayıb. Qəza nəticəsində “Opel”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR