Bakı-Sumqayıt yolunda avtoqəza baş verib, sürücü xəsarət alıb - FOTO

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib, sürücü xəsarət alıb - FOTO
  • Clock-gray 22:56
  • calendar-gray 09 Oktyabr 2019

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Sumqayıt bürosunun məlumatına görə, axşam saatlarında Sumqayıtdan Bakı istiqamətində hərəkət edən 90-BX-650 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Bağlar massivi yaxınlığında qəzaya uğrayıb. Belə ki, idarətməni itirən sürücü avtomaşını dəmir arakəsmələrə çırpıb, sonra isə nəqliyyat vasitəsi yol kənarında olan işıq dirəyinə dəyib. Zərbənin gücündən avtomobil yararsız hala düşüb və sürücü xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date